Skip links

Xaricdə təhsilin üstünlükləri

Xaricdə təhsilin üstünlükləri

Noyabr 14, 2019

İyirmi birinci əsrdə geniş vüsət alan tendensiyalardan biri məhz xaricdə təhsildir. Bu gün bir çox sahəni əhatə edən inteqrasiya prosesi təhsil sahəsindən də yan keçməmişdir. “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı”, “Avropa təhsil məkanına inteqrasiya”, “Gənclərin xaricdə təhsil alması”, “Elektron Azərbaycan” və digər dövlət proqramları ölkə başçısı tərəfindən yeni nəslin xaricdə təhsil imkanlarının genişləndirilməsinin strateji prioritetlər sırasına daxil edildiyini göstərən mühüm amillərdəndir.

Məsələ ilə bağlı bu sahədə təcrübəyə malik olan tanınmış hüquqşünas Əfqan Baxışovdan müsahibə alınmışdır. Qeyd etmək lazımdır ki, Ə.Baxışov  2013-cü ildə Böyük Britaniyanın Chevening Təqaüd Proqramının Azərbaycan üzrə qalibi olaraq Mançester Universitetində “Korporativ idarəetmə hüququ” ixtisası üzrə magistr təhsili almışdır. Ə.Baxışov müsahibə zamanı öz təcrübəsini bölüşərək bunları qeyd etmişdir:

“Xaricdə təhsil ən əhəmiyyətli, öyrədici inkişaf təcrübələrindən biridir. Xaricdə təhsil almaq barədə qərar qəbul etmək üçün başlıca səbəblərdən biri fərqli təhsil sistemləri ilə yaxından tanış olmaqdır. Bu zaman doğru təhsil müəssisələrinin və proqramlarının seçilməsi mühüm faktordur. Ölkənin insanları, ənənələri və mədəniyyətini öyrənmək üçün ideal yollardan biri olan xaricdə təhsil, həmin ölkəyə digər məqsədli səfərlərinizdən əhəmiyyətli dərəcədə fərqlidir.

Xaricdə təhsil, eyni zamanda Azərbaycan xalqının milli bayramlarını, mədəniyyətini tanıtmağın əhəmiyyətli vasitəsidir.” Mançester Universitetində təhsil aldığı müddətdə Azərbaycanlı Tələbələr Cəmiyyəti tərəfindən təşkil olunan geniş tədbirlərdə biz tələblər Azərbaycannın tarixi, inkişafı, milli bayramları, ən-ənələrinin təblği, xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ictimaiyyətə çatdırıldığını bildirdi.
Həmçinin qeyd etdi ki, təhsil proqramını bitirib vətənə qayıtdığınız zaman beynəlxalq təcrübənin formalaşdığı mərkəzlərdən bilavasitə əldə etdiyiniz akademik və praktiki biliklər karyeranızda yeni inkişaf meyillərini doğuracaqdır. Təhsil müddətində əldə edilmiş yeni düşüncə tərzi gələcək işlərdə yeni bilik və bacarıqların tətbiqi vərdişlərini formalaşdırmağın ən səmərəli üsullarından biridir. Xaricdə təhsil, həmçinin sizə alternativ öyrənmə üsul və bacarıqlarını da aşılayacaqdır.

Xaricdə təhsilin aşıladığı mühüm keyfiyətlərdən biri də dil biliklərinin inkişafıdır. Təhsil aldığınız müəssisə effektiv təhsil imkanlarını genişləndirmək üçün müvafiq ölkənin dövlət dilini öyrənməyiniz üçün kurslar təklif edə bilər ki, bununla da akademik dil bilikləriniz ən effektiv üsullarla inkişaf etmiş olacaqdır.”.

 

İndi Müraciət Et

Xidmətlər

Bizimlə Əlaqə

(+994 55) 447 75 65 Email Yazın
WhatsApp chat