Skip links

GRE nədir?

GRE nədir?

Noyabr 14, 2019

GRE nədir?

GRE imtahanı ABŞ və digər ingilis dilində təhsil verən ölkələrin universitetlərində mühəndislik və sosial elmlər başda olmaqla bir çox ixtisaslarda magistratura və doktorantura təhsili almaq üçün lazım olan bir imtahandır.GRE imtahanı Educational Testing Service (ETS) tərəfindən həyata keçirilir.

GRE İmtahanına birçox yerdə iki  formadan ibarət olmasını qeyd etsələrdə əslində 3 formadan ibarətdir.

1) General Test

2) Subject Test

3) Writing Assessment

1) GRE General Test –  Ümumi imtahan olaraq bilinir və bir çox universitetlər məhz bu bölməni tələb edir. General test 2 saat 15 dəqiqə kompyuter vasitəsilə olur. Və imtahanda həm sualları cavablandırmaq həmdə kompyuterlə imtahanı necə verməyi öyrənməniz üçün ümumi 4 saat imtahan otağında olmalısınız. GRE General test imtahanına 5 dəfə girmək şansınız vardır və imtahanlar orta hesabla hər iki aydan bir olur. GRE General test 3 hissədən (rəqəmsal, sözəl və analitika) ibarətdir. Sözəl hissəsində 30 suala 30 dəqiqə vaxt verilir burada sözləri və birləşmələri oxumaq, anlamaq və istifadə etmək kimi bacarıqlarınızı yoxlayırlar. Rəqəmsal bölməsində isə riyaziyyat, həndəsə, verilənlərin analizi və riyazi məntiqdən ibarət 28 suala 45 dəqiqə vaxt verilir. Və nəhayət analitika bölməsində məntiqi suallardan ibarət 35 suala 60 dəqiqə vaxt verilir. İmtahanın qiyməti isə ölkələrə uyğun olaraq 100-150 dollar arası dəyişməkdədir.

2) GRE Subject Test – Bu test üsulunda isə müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür öncəki xəbərimizdə SAT haqqında qeyd etdiyim kimi ümumi yox, hər hansı bir fənndən (biologiya, kimya və s) ibarət olur. GRE General testdən fərqli olaraq imtahan online yox yazılı həyata keçirilir. İmtahan verməzdən 3 həftə öncə qeydiyyatdan keçməli və hansı fənndən imtahan verəcəyinizi müəyyən etməlisiniz.

3) GRE Writing Assessment – Bu imtahanda isə yazı yaza bilmə qabiliyyəti yoxlanılır və imtahan online olaraq həyata keçirilir.

 

İndi Müraciət Et

Xidmətlər

Bizimlə Əlaqə

(+994 55) 447 75 65 Email Yazın
WhatsApp chat