Skip links

ALES

Bu imtahan Türkiyədə ali məktəb müəllim və tədqiqatçılarının, Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyənlərin və  Türkiyədən xaricə göndəriləcək magistratura  tələbələrinin seçilməsi üçün keçirilir.

Türkiyədə ali təhsilin magistraura və doktorantura pillələrini tezli olaraq (diplom işi yazılaraq – tezisli) qazanmaq istəyən həm türkiyəli həm də xarici ölkə vətəndaşları bu  imtahanda iştirak etməlidirlər. Tezsiz bölümlərin çoxunda ALES tələb olunmur. İmtahana bakalavr və magistratura məzunları ilə son kurs tələbələri müraciət edə bilərlər.

İmtahan ÖSYM (Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi) tərəfindən  təşkil olunur.

İmtahan ödənişi: 90 TL                                                                                                                                         

İmtahan ildə iki dəfə (Yaz- Payız) keçirilir. Yaz vaxtı adətən may ayında, payız vaxtı isə noyabr ayında keçirilir.    

İmtahan qeydiyyatı təqribən 2 ay əvvəl edilir.  

İmtahan müddəti: 150 dəqiqədir.                                                                                                 

ALES İmtahanın nəticəsi 3 il etibarlıdır.  

İmtahan test üsulu ilə keçirilir: 2 dəqiq və 2 humanitar bölümdən ibarətdir.

Sayısal (Dəqiq elmlər) – 1 və 2 testlərinin hər biri 40 sual,   Sözel (Humanitar) 1 və 2 testlərinin hər biri 40 sualdır. Toplam  160 sual cavablandırılır

Sayısal bölüm riyaziyyat (cəbr+həndəsə) və riyazi məntiq sualları;

Sözəl bölüm Türk dili və humanitar (sözel) məntiq suallarından ibarətdir.

İndi Müraciət Et

Xidmətlər

Bizimlə Əlaqə

(+994 55) 447 75 65 Email Yazın
WhatsApp chat