“İRƏLİ” Xaricdə Təhsil Mərkəzi ilə arzular reallaşır!

“İRƏLİ” İctimai Birliyi yarandığı gündən bu günə kimi hər zaman Azərbaycan gənclərinə ən yüksək keyfiyyətə və tərkibə sahib təlimlər, kurslar, seminarlar və özünü inkişaf istiqamətləri göstərən təşkilat kimi fəaliyyətini davam etdirir. Bu müddət ərzində “İRƏLİ” İctimai Birliyi on iki mindən artıq gənc və yüksək potensiallı üzvü öz ətrafında cəmləşdirərək Azərbaycanda insan kapitalının inkişafına yönəlmiş layihələrin reallaşdırılmasına davam edir. Təşkilatımızın məqsədi Azərbaycanda yüksək intellekt və dünya görüşünə sahib gənclərin formalaşmasına dəstək göstərməkdir.

ardını oxu »

Xaricdə Təhsil İdeyasının insanlara düzgün çatdırılması

  • Siz xaricdə təhsil almış və gənc yaşda böyük uğurlara imza atmış azərbaycanlı gənclərin öz dilindən “Xaricdə təhsil nədir?”, “Xaricdə təhsilin faydaları” adlı seminarlarda iştirak edə bilərsiniz
  • Böyük Britaniyada fəaliyyət göstərən Caspian Khazri Cəmiyyəti ilə əməkdaşlıq şəklində hər həftə dünyanın ən aparıcı universitetlərindən dəvət edilən professorların öz dilindən həmin universitetlərin fəaliyyəti barədə məlumatları əldə edə, suallarınıza cavab tapa bilərsiniz


ardını oxu »

Xarici universitetlərə qəbul üçün şəraitin yaradılması

Xaricdə təhsil almaq arzusunda olan, lakin qəbul prosesi haqqında yetərli məlumata malik olmayan gənclərə konsaltinq xidmətləri ən yüksək keyfiyyətlə təşkil olunur. “İRƏLİ” Xaricdə Təhsil Mərkəzi hər bir müraciət edən şəxsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlayır. Dünyanın aparıcı təhsil şirkətləri ilə mövcud olan əməkdaşlağımız sayəsində bizə müraciət edən hər bir şəxsin qabiliyyəti və arzusuna uyğun olan xarici təhsil müəssisəsində təhsil almasına zəmanət veririk.

ardını oxu »